Misirdə başlayan qarşıdurmalar artıq ikinci həftəsinə girdi. Küçələrə axışan minlərlə Misirli yeni dövlət başçısı Mursinin konstitusiya islahatına etiraz edərək onu devrlimiş lider Hüsnü Mübarəkin yerini almaqda günahlandırdı.

 

Mursi və yanlılarının ölkəni müasirləşdirmək adına başlatdığı radikal islahatlarla birlikdə, xalq yeni dövlət başçısının əsl məqsədinin Səudiyyə Ərəbistanı tipində İslamçı bir dövlət qurmaq olduğunu söylədi. (Ahram-Online)

 

"Xalq yeni konstitusiyaya etiraz edir. Əgər vətəndaşlar bu islahatı dəstəkləməzsə o halda Parlamentin də təsdiqi ilə yaradılacaq olan Şura yeni konstitusiya layihəsi hazırlayacaq. Misir xalqı azadlıq üçün mübarizə apardı və onu əldə etdi.  Bu konstitusiyada hər kəs, qadınlar, uşaqlar, yaşlılar özlərini tapacaqlar. Misir xalqı əsla bir daha diktatorluğa meydan buraxmayacaq" (Russia Today) bu sözləri Tahrir meydanında xalqın qarşısında çıxış edən Mursi, irəli atdığı bu layihə ilə bir çox Ərəb dövlətinin də sərt təpkilər aldı.

 

Mursi hökumətinə müxalif güclərin fikrincə dövlət başçısı bu konstitusiya layihəsi ilə özünü "Yeni Firon" elan edəcək və ölkə yenidən Mübarək dövrünə keçid alacaq. Mübarəkin devrilməsindən bir il keçməsinə baxmayaraq ölkə hələ konstitusiyasız idarə olunur. Səsverməyə qoyulan  konstitusiya layihəsinə etiraz olaraq müxalifət liderlərdən biri olan Məhəmməd əl Baradeyi Tahrir meydanına gələrək layihəyə olan etirazını bildirdi.

 

Müxalif güclər yeni "Xalq Qurtuluş Partiyasını" yaratdıqlarını və qurumun əsas funksiyasının qanunsuz hökümətlə mübarizə olduğunu bütün meydan iştirakçılarına elan etdilər. Partiyanın ilk üzvləri ana müxalifətin ən təsirli adları – prezidentliyə keçmiş namizədlər Əmir Musa və Həmdin Sabbahi, eləcə də "Konstitusiya Partiyası" rəhbəri Məhəmməd Baradeyi oldular.

 

Bütün bunlara baxmayaraq "Müsəlman Qardaşlari" bütün xalqı Prezident Mursini dəstəkləməyə çağırdı. Dəstək aksiyasına qatılanlar arasında Misir parlamentində ikinci ən çox yer sahibi olan sələfi partiyası "an-Nur" və Mübarək rejimi dövründə ən radikal İslamçı təşkilatlardan biri sayılan "əl-Gamaa-El-İslamiyye" də var idi. Mursinin layihəsi  müzakirə olunmaq üçün Ali Məhkəməyə verilsə də  Müsəlman Qardaşların məhkəmə binasını dairəyə alaraq hakimlərə təzyiq etməsi nəticəsində, məhkəmə qanunu gözdən keçirməyi rədd etdi və respublika başçısını  "demokratiyanı məhdudlaşdırmaqda" günahlandırdı.

 

Dövlət başçısı Mursi keçdiyimiz həftə Misir Baş prokurorunu tutduğu vəzifədən azad etsə də Əbdül Magid buna məhəl verməyərək vəzifəsni davam etdirəcəyini bildirdi.

 

Yeni konstitusiya səs vermədən keçərsə Prezident Mursi ölkə içində edəcəyi islahatlarda parlamentin və digər dövlət təşkilatlarının dəstəyinə və təsdiqinə ehtiyac duymayacaq.

 

Yeni yazılan konstitusiyada İslam - Misirin dövlət dini, Şəriət - hüququn əsas qaynağı olaraq görülür. Ayrıca bu konstitusiyaya görə ölkə məhkəmələri artıq dünyəvi qərarlar yerinə daha çox şəriətin buyurduğunu rəhbər olaraq görməlidir. Şəriətin yenidən ölkə həyatında böyüdülməsi bəzi Xristian və qeyri-müsəlman etnik qrupların etirazına səbəb oldu. Konstitusiyanın bu mətni Qahirənin əl-Azhar Universitetinin (İslam hüququ mərkəzi) məscidində ilk dəfə elan edildi. Yeni konstitusiya İslam Peyğəmbərinin ən kiçik şəkildə belə olsa tənqid olunmasını çox ciddi cəzalandırılmasına ehtiva edir ki, bu da yeni və "demokratik" Misirdə söz azadlığını şübhə altına alır.



Created: 18/12/2012
Visits: 360
Online: 0