JustPaste.it

Madlen Olbrayt - "Xanım Katib"

 

ABŞ-ın ilk qadın dövlət katibi seçilərək tarixə düşən Madeleyn Olbraytın memuarları siyasi karyera və diplomatik vəzifə arzusunda olanlar üçün bir növ motivasiya və stimul mənbəyi kimi də adlandırıla bilər. 

 

Kitab gənc Olbraytın ailəsinin Çexoslovakiyadakı həyatlarını, ölkənin Qızıl Ordu tərəfindən işğalını, Faşist işğalını və ailənin ABŞ-a köçməsi dövrlərini əhatə edir. Növbəti fəsillərdə Madeleynin Kent Kollecindən məzun olaraq Kolumbiya Universitetinə qəbul olması, tələbəlik illərində gənc müəllimi Zbiqne Bzejinski ilə yaxından dostlaşması və SSRİ-yə olan marağının artması dövrləri təsvir edilir.

 

Məşhur milyonçu ailəsinin nümayəndəsi olan Yozef Olbraytla tanış olan gənc qız onunla ailə həyatı qurur və bu izdivacdan 3 qız uşağı dünyaya gəlir. Lakin ailə 1982-ci ildə dağılır. Yozef yoldaşından boşanaraq başqa ştata köçür və onlar bir daha heç əlaqədə olmurlar.

 

Olbrayt Bill Klinton administrasiyası dövründə Amerikanın ilk qadın baş katibi olur ki, kitabın son hissələri də məhz onun siyasi səhnədəki illərini əhatə edir. Kitabın orijinalı Bakıda satışda olmasa da "e-bay" sifarişlə almaq mümkündür.