JustPaste.it

Aykut CAN - "Parqalının ölümü"

 

Türkiyəli yazıçı Aykut CANın qələmindən çıxan "Parqalının ölümü" kitabı, Osmalı tarixinin ən ilginç və ziddiyətli fiqurlarından biri olan Parqalı İbrahim Paşanın həyatından bəhs edir. Sultan Süleymanın Baş vəziri olan İbrahim Paşa, əslən yunan olmuş və iddiaya görə adı Pyetro olmuşdur. Kiçik yaşlı olduğu zaman quldurlar tərəfindən qaçırılan İbrahim, Malatyada bir qadına qul kimi satılır. Qadının yanında yaşayan İbrahim qısa zamanda onun sevimli quluna çevrilir və qaıdn bu uşağın nə dərəcədə istedadlı olduğunu anlayır.

 

Müsəlmanlığı qəbul edən İbrahim, gənc şahzadə Süleymanın yaxın dostuna çevrilir və bu dostluq zamanla çox möhkəm bir bağlılığa çevrilir. Qısa zamanda İbrahim Baş Vəzir vəzifəsinədək yüksəlir və İmperiyanın əsas idarəçisinə çevrilir. 

 

İbrahimin yüksəlişi sürətli olduğu qədər, enişi də sürətli oldu. Heç kimin gözləmədiyi bir vaxtda Sultanın gizli əmri ilə gecə yatağında 4 dilsiz cəllad tərəfindən boğularaq öldürülür.

 

Parqalı İbrahim Paşanın həyatı ilə maraqlananlar üçün kitab yaxşı mənbə sayıla bilər. Lakin kitabın kifayət qədər çatışmazlığı da var.